Bu gündən Rusiyanın “İrAero” aviaşirkəti Bakı-Saratov-Bakı marşrutu üzrə uçuşlara başlayır.
BUTA.TV xəbər verir ki, uçuşlar həftədə bir dəfə - çərşənbə axşamı günləri “Sukhoi Superjet” 100 təyyarəsi ilə həyata keçiriləcək.
Bakıdan uçuş çərşənbə axşamı yerli vaxtla saat 16:55-ə, Saratov şəhərinə eniş isə 19:05-ə təyin olunub. Dönüş reysi yerli vaxtla saat 20:20, Azərbaycanın paytaxtına eniş 22:55-ə nəzərdə tutulub. Birtərəfli biletin qiyməti 15 000 rubldan (təxminən 303 manat) başlayır.
Qeyd edək ki, “İrAero” aviaşirkəti Novosibirsk, Kazan, Yekaterinburq, Samara, Sankt-Peterburq və s. şəhərlərdən Azərbaycana müntəzəm reyslər həyata keçirir.
- BƏƏ XİN başçısı Naxçıvana hücumu pislədi
- Leyla Əliyeva şəhid ailələri ilə birgə iftar süfrəsində
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq
- Bu tuneldə hərəkət məhdudlaşdırılır
- Bayram və istirahət günlərində ölkədə hava necə olacaq?
- Pezeşkianın Əliyevə zəng etməsinə kim imkan vermir?
- 50 qırıcı Xameneinin bunkerini belə məhv etdi - VİDEO
- Ramazanın 17-ci günü: Dua, imsak və iftar vaxtı...