Qarabağda çaxnaşma var, camaat qaçır, ən çox da mənzil problemi var.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə separatçıların “başçısı” Araik Arutyunyan deyib.
Arutyunyan deyib ki, bir çoxu Qarabağı tərk edib, buradakı mülklərini icarəyə verir, gəlir əldə edirlər.
“Onlarla bağlı qərar qəbul edəcəyik. Belə insanların əmlakı müsadirə edilə bilər. Çünki mənzil problemi var, insanlar təşvişdədirlər, mənə deyirlər ki, camaat qaçır. Mən də deyirəm ki, kim istəyir getsin, cəhənnəmə getsinlər”, - Araik bildirib.
Bu açıqlama separatçıların çıxılmaz vəziyyətdə olduğunun etirafıdır.
- Abşeronda Qadınlar Günü şəhid ailələrinin xanımları ilə birgə qeyd olundu
- Bakıda yük maşını gənc qızı vurub öldürdü
- FHN tərəfindən qanunsuz tikililər söküldü - Video
- İrandan ölkəmizə təxliyə edilən şəxslərin sayı...
- Bakı ata və oğlu faciəvi şəkildə öldü
- Yol polisindən sürücülərə xəbərdarlıq
- Azərbaycanda oğul anasını bıçaqladı
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq