Çin hakimiyyəti AB-nin baş diplomatı Jozep Borrellin gələn həftə planlaşdırılan səfərini təxirə salıb.
BUTA.TV xəbər verir ki, bu barədə AB-nin xarici siyasət üzrə sözçüsü Nəbilə Massralı deyib.
“Təəssüf ki, çinli həmkarlarımız bizə bildirdilər ki, planlaşdırılan tarixlərdə səfər artıq mümkün deyil. İndi biz alternativlər tapmalıyıq”, - o bildirib.
O, səfərin hansı müddətə təxirə salındığı barədə açıqlama verməyib.
Qeyd edək ki, Borrellin Çinə səfəri 10 iyula nəzərdə tutulurdu.
- Yol polisindən sürücülərə xəbərdarlıq
- Azərbaycanda oğul anasını bıçaqladı
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq
- Bu tuneldə hərəkət məhdudlaşdırılır
- Bayram və istirahət günlərində ölkədə hava necə olacaq?
- Pezeşkianın Əliyevə zəng etməsinə kim imkan vermir?
- 50 qırıcı Xameneinin bunkerini belə məhv etdi - VİDEO
- Ramazanın 17-ci günü: Dua, imsak və iftar vaxtı...