Çeçenistan rəhbəri Ramzan Kadırov hüquq-mühafizə orqanlarına jurnalist Yelena Milaşina və vəkil Aleksandr Nemova hücum edənlərin kimliyini müəyyən etməyi tapşırıb.
BUTA.TV xəbər verir ki, bu barədə o, öz Telegram kanalında məlumat verib.
"Biz bununla məşğul olacağıq. Mən səlahiyyətli xidmətlərə göstəriş verdim ki, hücum edənlərin kimliyini müəyyən etmək üçün bütün səyləri göstərsinlər. Hakimiyyət orqanları hadisə xəbərindən dərhal sonra işə başlayıb", - Kadırov yazıb.
Qeyd edək ki, səhər saatlarında “Novaya qazeta”nın jurnalisti Yelena Milaşina və vəkil Aleksandr Nemov hava limanından Qroznıya gedərkən naməlum şəxslərin hücumuna məruz qalıblar.
- Bakı ata və oğlu faciəvi şəkildə öldü
- Yol polisindən sürücülərə xəbərdarlıq
- Azərbaycanda oğul anasını bıçaqladı
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq
- Bu tuneldə hərəkət məhdudlaşdırılır
- Bayram və istirahət günlərində ölkədə hava necə olacaq?
- Pezeşkianın Əliyevə zəng etməsinə kim imkan vermir?
- 50 qırıcı Xameneinin bunkerini belə məhv etdi - VİDEO