Gürcüstan və Ukrayna xalqları arasında münasibətlər həmişə mehriban olub, heç bir siyasətçi buna təsir edə bilməz.
BUTA.TV xəbər verir ki, bunu hakim ”Gürcü Arzusu”partiyasının baş katibi Kaxa Kaladze deyib.
"Gürcüstana qarşı belə bir qərarın qəbul edilməsi üzücüdür, eyni zamanda qeyd etmək lazımdır ki, gürcü və Ukrayna xalqları tarixən həmişə dost olublar. Onlar həmişə bir-birini dəstəkləyiblər və heç bir siyasətçi bu münasibətləri dəyişə bilməz. Biz bu əlaqələrin mövcud olmasını təmin etmək üçün əlimizdən gələni edəcəyik ", - Kaladze jurnalistlərə bildirib.
Xatırladaq ki, Zelenski Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə bağlı vəziyyətə kəskin etirazını bildirərək, Tiflisin Ukraynadakı səfirinə ölkəni tərk etmək üçün 48 saat vaxt verib.
- Abşeronda Qadınlar Günü şəhid ailələrinin xanımları ilə birgə qeyd olundu
- Bakıda yük maşını gənc qızı vurub öldürdü
- FHN tərəfindən qanunsuz tikililər söküldü - Video
- İrandan ölkəmizə təxliyə edilən şəxslərin sayı...
- Bakı ata və oğlu faciəvi şəkildə öldü
- Yol polisindən sürücülərə xəbərdarlıq
- Azərbaycanda oğul anasını bıçaqladı
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq