Ukrayna Silahlı Qüvvələri rus ordusunun nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasının (AES) ərazisində yaxın gələcəkdə təxribatların hazırlana biləcəyini rəsmən açıqlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
"Əməliyyat məlumatlarına görə, bu gün Zaporojjya AES-in üçüncü və dördüncü enerji bloklarının xaricində partlayıcı qurğulara bənzər yad obyektlər yerləşdirilib. Onların partladılması enerji bloklarına zərər verməməlidir, lakin Ukraynanın atəşə tutuması mənzərəsini yarada bilər. Rusiya mediası və Teleqram kanalları bu barədə yanlış məlumat verir”, - deyə bildirilib.
Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri beynəlxalq humanitar hüquq normalarını pozmur, vəziyyəti izləyir, nəzarət edir və istənilən şəraitdə hərəkətə keçməyə hazırdır.
- Bakı ata və oğlu faciəvi şəkildə öldü
- Yol polisindən sürücülərə xəbərdarlıq
- Azərbaycanda oğul anasını bıçaqladı
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq
- Bu tuneldə hərəkət məhdudlaşdırılır
- Bayram və istirahət günlərində ölkədə hava necə olacaq?
- Pezeşkianın Əliyevə zəng etməsinə kim imkan vermir?
- 50 qırıcı Xameneinin bunkerini belə məhv etdi - VİDEO