Saakaşvilinin xəstə yatağında yayımlanan görüntüləri ancaq Kremli və onun tərəfdaşlarını sevindirə bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Saakaşvili ətrafında baş verən hadisələr haqda qeyd edib.
“Gürcüstanın hakim partiyasının üzvləri bugünlərdə belə bir açıqlama da yayıblar ki, guya Yevgeni Proqojin Moskvaya girsəydi, Gürcüstan müxalifəti tanklarla Abxaziyaya, Cənubi Osetiyaya və hətta Rusiyanın Soçi şəhərinə daxil olmağı planlaşdırırdı. Bundan absurd iddia ola bilməz. Birincisi, müxalifət olmayan “tankları” necə əldə edib? İkincisi, Gürcüstan ərazi bütövlüyünü bərpa edə bilməyib, torpaqları işğal altındadır, Soçiyə hücumu hansı potensialı ilə təşkil edəcəkdi?” – politoloq vurğulayıb.
O bildirib ki, bütün bu açıqlamalar Kreml təbliğatçılarının işinə yarayır:
“Ukrayna Prezidenti Vladimir Zelenski Tiflisə etirazını Gürcüstanın ölkəsindəki səfirini geri göndərməklə bildirib. Çünki Tiflis Zelenskinin Ukraynada dövlət vəzifəsinə təyin etdiyi şəxsə əzab verir”.
- Bakı ata və oğlu faciəvi şəkildə öldü
- Yol polisindən sürücülərə xəbərdarlıq
- Azərbaycanda oğul anasını bıçaqladı
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq
- Bu tuneldə hərəkət məhdudlaşdırılır
- Bayram və istirahət günlərində ölkədə hava necə olacaq?
- Pezeşkianın Əliyevə zəng etməsinə kim imkan vermir?
- 50 qırıcı Xameneinin bunkerini belə məhv etdi - VİDEO