Bütün dünya başa düşməlidir ki, ümumi təhlükəsizlik bütünlüklə Zaporojye AES-də işğalçıların hərəkətlərinə qlobal diqqətdən asılıdır. Rusiyanın Kaxovka SES-də törətdiyi terror aktına dünyanın genişmiqyaslı reaksiyasının olmaması Kremli Zaporjye AES-də yeni cinayət törətməyə ruhlandıra bilər.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Təəssüf ki, Kaxovka SES-ə qarşı törədilmiş terror aktına vaxtında və genişmiqyaslı reaksiya verilmədi. Və bu, Kremli yeni pisliyə ruhlandıra bilər. Bunu dayandırmaq dünyada hər kəsin borcudur", - Zelenski vurğulayıb.
Zelenskinin sözlərinə görə, Rusiya aydın şəkildə dərk etməlidir ki, dünya terrorçuların hansı ssenarilərə hazırlaşdığını görür.
- Yol polisindən sürücülərə xəbərdarlıq
- Azərbaycanda oğul anasını bıçaqladı
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq
- Bu tuneldə hərəkət məhdudlaşdırılır
- Bayram və istirahət günlərində ölkədə hava necə olacaq?
- Pezeşkianın Əliyevə zəng etməsinə kim imkan vermir?
- 50 qırıcı Xameneinin bunkerini belə məhv etdi - VİDEO
- Ramazanın 17-ci günü: Dua, imsak və iftar vaxtı...