Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda Nazirlər görüşündə söyləyib.
Üzv ölkələrin yekdil qərarı ilə Azərbaycanın 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdüyünü xatırladan dövlətimizin başçısı deyib ki, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən məhz Qoşulmama Hərəkatı olub.
- Abşeronda Qadınlar Günü şəhid ailələrinin xanımları ilə birgə qeyd olundu
- Bakıda yük maşını gənc qızı vurub öldürdü
- FHN tərəfindən qanunsuz tikililər söküldü - Video
- İrandan ölkəmizə təxliyə edilən şəxslərin sayı...
- Bakı ata və oğlu faciəvi şəkildə öldü
- Yol polisindən sürücülərə xəbərdarlıq
- Azərbaycanda oğul anasını bıçaqladı
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq