Bizneslərin universal maliyyə tərəfdaşı olan ABB onlayn investisiya imkanlarını onlara təqdim edir.
BUTA.TV xəbər verir ki, bankın korporativ müştəriləri ABB Biznes İnternet Bank platforması vasitəsilə yerli və xarici bazarlarda investisiya imkanlarını artıra bilərlər. Bank bu xidməti özünün törəmə şirkəti olan "ABB-İnvest"in dəstəyi ilə təqdim edir.
Bankın korporativ müştəriləri artıq gündəlik bank əməliyyatları ilə yanaşı, İnternet Bank platformasında investisiya xidmətləri haqqında ətraflı məlumat əldə edə, bazar faiz dərəcələrinin təhlilini apara, müvafiq alətlərlə gəlirlərini hesablayaraq müraciət edə bilərlər. İxtisaslaşmış maliyyə məsləhətçiləri müraciətdən dərhal sonra investisiya fəaliyyəti ilə bağlı kömək üçün dərhal müştəri ilə əlaqə saxlayırlar.
Qeyd edək ki, bu günlərdə Bank investisiya imkanlarını ABB mobile tətbiqində də istifadəçilər üçün əlçatan edib.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
- Qadının evindən 28 min manat oğurlandı, bacısı qızı saxlanıldı
- Bu uşaqların cəza çəkən anaları ilə görüşü...
- Naxçıvandan İğdıra və əks istiqamətdə neçə nəfər daşınıb?
- Sabah hava necə olacaq?
- Sabah ASAN Xidmət işləməyəcək
- Bakıda yük maşını gənc qızı vurub öldürdü
- FHN tərəfindən qanunsuz tikililər söküldü - Video
- İrandan ölkəmizə təxliyə edilən şəxslərin sayı...