İyunun 24-də axtarışlar zamanı Rusiya müdafiə naziri Sergey Şoyqudan aldığı “Glock” tapançası və götürülən digər silahlar “Vaqner”in rəhbəri Yevgeni Priqojinə geri qaytarılıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Fontanka.ru” məlumat yayıb.
Bildirilib ki, iyulun 4-də Priqojin Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə idarələrinə şəxsən baş çəkib. O, bura mühafizəçiləri ilə gəlib. Priqojin “Şimali Versal” elit iqamətgahında tapılan və müsadirə edilən silahları ona qaytarmaq üçün rəsmi dəvət olunub.
Nəşrin yazdığına görə, “Glock”dan əlavə ona iki “Sayqa” karabini, bir “Steyr Mannlicher”, “Arka” yarımavtomat tüfəngi və daha bir neçə tüfəng və tapança qaytarılıb.
- Qadının evindən 28 min manat oğurlandı, bacısı qızı saxlanıldı
- Bu uşaqların cəza çəkən anaları ilə görüşü...
- Naxçıvandan İğdıra və əks istiqamətdə neçə nəfər daşınıb?
- Sabah hava necə olacaq?
- Sabah ASAN Xidmət işləməyəcək
- Bakıda yük maşını gənc qızı vurub öldürdü
- FHN tərəfindən qanunsuz tikililər söküldü - Video
- İrandan ölkəmizə təxliyə edilən şəxslərin sayı...