Türkiyə, İsveç və Finlandiya xarici işlər nazirləri cümə axşamı NATO sammiti ərəfəsində Brüsseldə görüşəcəklər.
BUTA.TV xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Elina Valtonen bildirib.
“NATO-nun Baş katibi Yens Stoltenberqin dəvəti ilə Türkiyə, İsveç və Finlandiya xarici işlər nazirlərinin sabah Brüsseldə keçiriləcək görüşündə iştirak edəcəyəm. Türkiyənin xarici işlər naziri cənab Hakan Fidana ilk telefon danışığına görə təşəkkür edirəm”, - o bildirib.
Nazir bu görüşün üçtərəfli memorandum çərçivəsində keçirilib-keçirilməyəcəyini dəqiqləşdirməyib.
Qeyd edək ki, iyulun 11-12-də Vilnüsdə NATO-nun sammiti keçiriləcək.
- Qadının evindən 28 min manat oğurlandı, bacısı qızı saxlanıldı
- Bu uşaqların cəza çəkən anaları ilə görüşü...
- Naxçıvandan İğdıra və əks istiqamətdə neçə nəfər daşınıb?
- Sabah hava necə olacaq?
- Sabah ASAN Xidmət işləməyəcək
- Bakıda yük maşını gənc qızı vurub öldürdü
- FHN tərəfindən qanunsuz tikililər söküldü - Video
- İrandan ölkəmizə təxliyə edilən şəxslərin sayı...