Azərbaycan İran üçün yaxşı qonşu və qardaş ölkə hesab olunur.
BUTA.TV xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian iyulun 5-də Bakıda jurnalistlərə açıqlamasında deyib.
“Bu gün dövlət başçısı İlham Əliyevlə uğurlu və uzun danışığımız oldu. XİN başçıları ilə ümumi görüşdən sonra Prezident İlham Əliyevlə 90 dəqiqəlik görüşümüz baş tutdu. Danışıqlar bizim anlaşılmazlıqları aradan qaldırmaqda kömək oldu. Azərbaycanın milli təhlükəsizliyini İranın və regionun təhlükəsizliyi hesab edirik. İlham Əliyevlə görüşdə Azərbaycanın Tehrandakı səfirliyində baş verən hadisənin bizi kədərləndirdiyini, hiddətləndirdiyini və təəccübləndirdiyini də geniş müzakirə etdik”, - XİN başçısı əlavə edib.
- Qadının evindən 28 min manat oğurlandı, bacısı qızı saxlanıldı
- Bu uşaqların cəza çəkən anaları ilə görüşü...
- Naxçıvandan İğdıra və əks istiqamətdə neçə nəfər daşınıb?
- Sabah hava necə olacaq?
- Sabah ASAN Xidmət işləməyəcək
- Bakıda yük maşını gənc qızı vurub öldürdü
- FHN tərəfindən qanunsuz tikililər söküldü - Video
- İrandan ölkəmizə təxliyə edilən şəxslərin sayı...