Rusiya hərbi kontingenti Zaporojye Atom Elektrik Stansiyasından (AES) çıxmağa başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Britaniyanın “Sky Nuys” nəşri məlumat yayıb.
Bildirilib ki, hərbi kontingentlə yanaşı, mülki əhali də AES-i tərk edir.
Nəşrin məlumatına görə, bu, obyektdə yaxınlaşmaqda olan təhlükə ilə bağlıdır:
“Rusiya rəsmiləri Ukraynanın AES-i vuracağını iddia edirlər. Çox güman, özlərini buna hazırlaşdırırlar. Çünki ruslar adətən özlərinin addımları ilə bağlı Ukraynanı günahlandırırlar. Kaxovka Su Elektrik Stansiyasının (SES) vurulması zamanı da belə olmuşdu”.
Qeyd edək ki, daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov və Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın AES-də təxribata hazırlaşdığını söyləmişdilər.
- Qadının evindən 28 min manat oğurlandı, bacısı qızı saxlanıldı
- Bu uşaqların cəza çəkən anaları ilə görüşü...
- Naxçıvandan İğdıra və əks istiqamətdə neçə nəfər daşınıb?
- Sabah hava necə olacaq?
- Sabah ASAN Xidmət işləməyəcək
- Bakıda yük maşını gənc qızı vurub öldürdü
- FHN tərəfindən qanunsuz tikililər söküldü - Video
- İrandan ölkəmizə təxliyə edilən şəxslərin sayı...