Nərimanov Rayon Məhkəməsində Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
BUTA.TV Unikal-a istinadən xəbər verir ki, bu barədə onun vəkili məlumat yayıb. Qərara əsasən, onun vəsatəti təmin edilib, Anar Əsədlinin barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
- Qadının evindən 28 min manat oğurlandı, bacısı qızı saxlanıldı
- Bu uşaqların cəza çəkən anaları ilə görüşü...
- Naxçıvandan İğdıra və əks istiqamətdə neçə nəfər daşınıb?
- Sabah hava necə olacaq?
- Sabah ASAN Xidmət işləməyəcək
- Bakıda yük maşını gənc qızı vurub öldürdü
- FHN tərəfindən qanunsuz tikililər söküldü - Video
- İrandan ölkəmizə təxliyə edilən şəxslərin sayı...