Azərbaycan Fələstində məktəb inşa edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Fələstinin xarici işlər naziri Riad əl-Maliki iyulun 5-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirilib.
Azərbaycan Prezidenti Fələstin Dövlətinin Baş naziri Məhəmməd Ştayyeh ilə görüşünü məmnunluqla xatırlayıb.
Dövlət başçısı bu görüş əsnasında Fələstində Azərbaycan tərəfindən məktəbin tikilməsi layihəsi barədə müraciətin olduğunu qeyd edərək buna müsbət münasibətin bildirildiyini və tezliklə bu layihənin icra olunacağını deyib.
- Qadının evindən 28 min manat oğurlandı, bacısı qızı saxlanıldı
- Bu uşaqların cəza çəkən anaları ilə görüşü...
- Naxçıvandan İğdıra və əks istiqamətdə neçə nəfər daşınıb?
- Sabah hava necə olacaq?
- Sabah ASAN Xidmət işləməyəcək
- Bakıda yük maşını gənc qızı vurub öldürdü
- FHN tərəfindən qanunsuz tikililər söküldü - Video
- İrandan ölkəmizə təxliyə edilən şəxslərin sayı...