Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri beş istiqamətdə rus işğalçılarının hücumlarını dəf edib və yeni mövqelərdə möhkəmləniblər.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Düşmən əsas səylərini Liman, Baxmut, Avdeyevski və Maryinka istiqamətlərində cəmləməyə davam edib, gün ərzində 30-a yaxın toqquşma baş verib", - məlumatda bildirilib.
Bundan əlavə, Liman istiqamətində ruslar hücum əməliyyatları zamanı Ukrayna qoşunlarını Luqansk vilayətinin Novoqorovka bölgəsindəki mövqelərindən sıxışdırıb çıxarmağa çalışsa da, buna nail ola bilməyib.
Baxmut istiqamətində ukraynalı hərbçilər Donetsk vilayətinin Berxovka və Boqdanovkanın cənubundakı ərazilərdə düşmənin hücumlarını uğurla dəf ediblər. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri Baxmut şəhərinin cənub və şimalında hücum əməliyyatlarını davam etdirir və ələ keçirilən mövqelərdə möhkəmlənirlər.
- Qadının evindən 28 min manat oğurlandı, bacısı qızı saxlanıldı
- Bu uşaqların cəza çəkən anaları ilə görüşü...
- Naxçıvandan İğdıra və əks istiqamətdə neçə nəfər daşınıb?
- Sabah hava necə olacaq?
- Sabah ASAN Xidmət işləməyəcək
- Bakıda yük maşını gənc qızı vurub öldürdü
- FHN tərəfindən qanunsuz tikililər söküldü - Video
- İrandan ölkəmizə təxliyə edilən şəxslərin sayı...