Ərdəbil əyalətinin Nir şəhəri yaxınlığında yerləşən tarixi “Şah Abbas” karvansarayının bərpası üçün vəsait ayrılmır.
Kult.az xəbər verir ki, bu barədə yerli mədəni fəallar paylaşım ediblər.
Məlumata görə, bundan əvvəl adıçəkilən tarixi abidənin YUNESKO tərəfindən beynəlxalq mədəni irs siyahısına alınması üçün müraciət edilib.
Bir müddət əvvəl Ərdəbil əyalətinin Mədəni İrs Təşkilatının rəhbəri Nadir Fəllahi də məsələ ilə bağlı açıqlama verib. O, "Şah Abbas" karvansarayının Ərdəbil əyalətinin ən önəmli abidələrindən biri, ümumdünya mədəni irs siyahısına salınması üçün qeydiyyata alınmış ikinci abidə olduğunu söyləyib.
Qeyd edək ki, tarixi karvansaray Ərdəbil əyalətində, Nir-Sarab yolunun üstündə və Nir şəhərinin 10 kilometrliyində yerləşir. “Sayın” karvansarayı kimi də tanınan tarixi abidə 1983-cü ildə 1653 qeydiyyat nömrəsi ilə İranın mədəni irs siyahısına salınsa da, onun yenidən qurulması və qorunması üçün tədbir görülmür.
- 200-dən çox Azərbaycan vətəndaşı Ciddədən Bakıya təxliyə edildi
- Daha bir marşrutun avtobusları yenilənir: gediş haqqı...
- Ölkəmizdə bu qadınlar daha yüksək maaş alır
- Sumqayıtda Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir...
- Naxçıvanda qarın hündürlüyü 54 sm-ə çatdı - Foto
- Qadının evindən 28 min manat oğurlandı, bacısı qızı saxlanıldı
- Bu uşaqların cəza çəkən anaları ilə görüşü...
- Naxçıvandan İğdıra və əks istiqamətdə neçə nəfər daşınıb?