Şanxay Əməkdaşlıq Təşkilatı Şərq bloku tərəfindən Qərbə qarşı yaradılmış bir formatdır. Çin və Rusiya arasında ABŞ-ın dünyadakı iqtisadi, NATO-nun hərbi hegomonluğuna qarşı qurulmuş bir blokdur. Digər bölgə dövlətləri - Hindistan və Pakistan kimi iri ölkələri bura daxil edərək, əslində, Şərqdə Qərbə qarşı böyük bir ittifaq yaratmağa çalışırlar.
Bu sözləri BUTA.TV-a politoloq Turab Rzayev İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul olunması ilə bağlı danışarkən deyib.
O bildirib ki, Tehranın bu blokda yer alması məntiqlidir:
“İranın antiqərb siyasəti və Amerikaya qarşı ritorikası çoxumuza bəllidir. Çin və Rusiyanın da Qərblə problemləri var. Ona görə də İran Rusiya və Çin siyasətinin əsas sütununu təşkil edir və bura qoşulması məntiqlidir. Tehran rejimi bununla dünyada siyasi cəhətdən təklənmədiyini, manevr imkanlarının olduğunu göstərmək istəyir. Digər tərəfdən, Çin və Rusiya ilə daha sıx əməkdaşlıq çərçivəsində Qərbə qarşı müqavimət göstərməyə çalışacaq”.
Politoloqun sözlərinə görə, bu üzvlük İran üçün xüsusi vəziyyəti dəyişməyəcək:
“Düşünürəm ki, bu təşkilata üzvlük İran üçün simvolik məna daşıyır. Çin İranın onsuz da iqtisadi və siyasi partnyorlarından biridir və bu istiqamətdə dəyişən bir şey olmayacaq. Sadəcə olaraq, dünyada geopolotik böhranların yaşandığı bir dövrdə bloklaşmalar baş verir. Şərq bloklaşmasında yer alan İran öz mövqeyini daha da dərinləşdirir”.
Qeyd edək ki, ötən gün İran rəsmən ŞƏT üzvü elan edilib.
- 200-dən çox Azərbaycan vətəndaşı Ciddədən Bakıya təxliyə edildi
- Daha bir marşrutun avtobusları yenilənir: gediş haqqı...
- Ölkəmizdə bu qadınlar daha yüksək maaş alır
- Sumqayıtda Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir...
- Naxçıvanda qarın hündürlüyü 54 sm-ə çatdı - Foto
- Qadının evindən 28 min manat oğurlandı, bacısı qızı saxlanıldı
- Bu uşaqların cəza çəkən anaları ilə görüşü...
- Naxçıvandan İğdıra və əks istiqamətdə neçə nəfər daşınıb?