Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasında çıxış edərkən yenə də yalan fikirlər səsləndirib. O iddia edir ki, guya Qarabağdakı separatçılar arasında Ermənistan ordusunun əsgərləri yoxdur.
BUTA.TV xəbər verir ki, bu barədə o, hökumət iclasında deyib.
Ermənistan hərbçilərinin Qarabağda olmasına dair açıq sübutlara baxmayaraq, Paşinyan bunu inkar edib:
“Qarabağı “müdafiə ordusu” (Xankəndidəki qanunsuz silahlı birləşmələr - red.) müdafiə edir”.
Nikol bu çıxışı ilə 10 noyabr 2020-ci il bəyanatı ilə üzərinə götürdüyü öhdəlikdən və Bakının sülh danışıqlarında irəli sürdüyü ilkin şərtdən - Qarabağdan qanunsuz erməni silahlı birləşmələrinin çıxarılması – imtina etmiş olur.
- 200-dən çox Azərbaycan vətəndaşı Ciddədən Bakıya təxliyə edildi
- Daha bir marşrutun avtobusları yenilənir: gediş haqqı...
- Ölkəmizdə bu qadınlar daha yüksək maaş alır
- Sumqayıtda Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir...
- Naxçıvanda qarın hündürlüyü 54 sm-ə çatdı - Foto
- Qadının evindən 28 min manat oğurlandı, bacısı qızı saxlanıldı
- Bu uşaqların cəza çəkən anaları ilə görüşü...
- Naxçıvandan İğdıra və əks istiqamətdə neçə nəfər daşınıb?