Tanınmış azərbaycanlı bloger Kamran Razmovar Xankəndidə ev alqı-satqısı ilə məşğul olan erməni əsilli dəllala zəng edərək, ondan şəhərdəki mənzillərin qiyməti, alqı-satqı proseduru və sənədləşmə işinin necə aparılması ilə maraqlanıb.
BUTA.TV xəbər verir ki, bloger özünü Rusiyanın Krasnodar şəhərində yaşayan erməni əsilli şəxs kimi təqdim edib və nənəsinin xatirəsinə Xankəndidə ev almaq istədiyini bildirib.
Erməni dəllal Xankəndidə satılan evlər, onların qiymətləri haqda məlumat verib. Ən maraqlı məqam isə sənədləşmə ilə bağlı olub. Dəllal bildirib ki, yalnız qonşuların şahidliyi ilə evi onun aldığına aid yazılı sənəd veriləcək. Belə ki, artıq iki ildən çoxdur Xankəndidə ev alqı-satqısı zamanı rəsmi notarial qaydada sənədləşmə aparılmır, kupçalar da yoxdur və yaxud tanınmır.
Dəllal qeyd edib ki, iki ildən sonra Xankəndidə ASAN Xidmət açılacaq və o, həmin sənədi təqdim etməklə, ASAN Xidmətdən kupça ala biləcək.
O, həmçinin, Xankəndinin Azərbaycana məxsus olduğunun da sənəddə əksini tapacağını bildirib.
“Niyə iki ildən sonra?” sualına cavabında isə dəllal bildirib ki, müəyyən hüquqi proseduralar var, onlardan keçmək lazımdır ki, ASAN Xidmət Xankəndidə açılsın. Bu isə çox güman ki, rus sülhməramlıların bölgədə missiyasının başa çatması tarixi ilə bağlıdır.
Blogerin erməni dəllalla söhbətini videosunu təqdim edirik:
- 200-dən çox Azərbaycan vətəndaşı Ciddədən Bakıya təxliyə edildi
- Daha bir marşrutun avtobusları yenilənir: gediş haqqı...
- Ölkəmizdə bu qadınlar daha yüksək maaş alır
- Sumqayıtda Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir...
- Naxçıvanda qarın hündürlüyü 54 sm-ə çatdı - Foto
- Qadının evindən 28 min manat oğurlandı, bacısı qızı saxlanıldı
- Bu uşaqların cəza çəkən anaları ilə görüşü...
- Naxçıvandan İğdıra və əks istiqamətdə neçə nəfər daşınıb?