Rusiyalı politoloq Yakov Kedmi hərbi müxbirlərin hərəkətlərindən hiddətlənib.
BUTA.TV xəbər verir ki, belə qalmaqallardan biri rusiyalı aparıcı Vladimir Solovyovun efirində baş verib.
Kedmi hərbi müxbirlərin rus ordusunun Ukraynadakı acınacaqlı vəziyyəti haqqında məlumatlarını qəzəblə qarşılayıb:
“Hərbi müxbirlər Kiyevin nəzarətində olan məlumatları dərc edirlər, bundan sonra Ukrayna Silahlı Qüvvələri Rusiya müdafiəsinin ən zəif nöqtələrinə zərbələr endirirlər. Bu, Rusiya ordusunun ağır itkiləri ilə nəticələnir. Müxbirlər problemləri birbaşa komandanlığa bildirə bilərlər, lakin onlar bunu açıq şəkildə yazırlar. Mən başa düşmürəm, siz dəlisiniz? Heç beyniniz yoxdur? Bütün vicdanınızı itirmisiniz? Məgər başa düşmürsünüz ki, əsgərlər sizin bu sözlərinizi öz qanları ilə ödəyirlər? Ordunu və ölkəni hansı həddə çatdırmaq istəyirsiniz?”
Solovyov da Kedmiyə dəstək verərək hərbi müxbirlərə senzura tətbiq etməyə çağırıb.
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi
- FHN əməkdaşları bu ərazidə fasiləsiz xidmət aparır - Video
- Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar
- 200-dən çox Azərbaycan vətəndaşı Ciddədən Bakıya təxliyə edildi
- Daha bir marşrutun avtobusları yenilənir: gediş haqqı...