Almaniya Federal Kəşfiyyat Xidməti (BND) iyunun sonunda Rusiyada baş verən qiyam zamanı “Vaqner” qrupunun lideri Yevgeni Priqojin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun danışıqlarının səs yazısını əldə edə bilib.
BUTA.TV xəbər verir ki, bu barədə Almaniyanın WDR və NDR yayım şirkətlərinin birgə araşdırmasında deyilir.
Bildirilib ki, alman kəşfiyyatı vaqnerçilərin lideri ilə Lukaşenkonun Rusiyada üsyanın dayandırılması şərtlərini müzakirə edərkən onların telefon danışıqlarını dinləyib. Beləliklə, BND birbaşa Lukaşenkonun Priqojinlə Rusiya prezidenti Vladimir Putin arasında vasitəçi rolunu öyrənib.
Həmçinin, WDR və ARD qeyd edir ki, Alman kəşfiyyatçıları hadisələrdən bir həftə əvvəl Rusiyada mümkün üsyana dair qeyri-müəyyən sübutlara malik idilər və məlumatları tərəfdaşları ilə təsdiqləməyə çalışdılar, lakin heç bir nəticə əldə olunmadı və buna görə də bu barədə kansler Olaf Şoltsa məlumat verilmədi.
Məlumata görə, BND-dən hadisələrlə bağlı ilk xəbərdarlıq Almaniya hökumətinə cümə günü axşam - Vaqner muzdlularının Rusiya hərbi obyektlərini və Rusiyanın Rostov şəhərini işğal etməsindən bir gün əvvəl göndərilib.
- Komitə Elçin Quliyevi cərimələdi
- FHN əməkdaşları bu ərazidə fasiləsiz xidmət aparır - Video
- Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar
- 200-dən çox Azərbaycan vətəndaşı Ciddədən Bakıya təxliyə edildi
- Daha bir marşrutun avtobusları yenilənir: gediş haqqı...
- Ölkəmizdə bu qadınlar daha yüksək maaş alır
- Sumqayıtda Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir...
- Naxçıvanda qarın hündürlüyü 54 sm-ə çatdı - Foto