Bu il ABŞ, Kanada və Avropa ölkələrinin məcmu müdafiə xərclərinin rekord həddə çatması fonunda NATO ölkələrinin hərbi büdcəsi 8,3 faiz artacaq.
BUTA.TV xəbər verir ki, alyansa üzv ölkələrin müdafiə xərclərinin 1,26 trilyon dollardan artıq olacağı gözlənilir. Hazırkı qiymətlər və valyuta kursları nəzərə alınaraq aparılan təxmini hesablamalara görə dünyada ən çox müdafiə xərcləri 9 il ardıcıl olaraq ABŞ-də gözlənilir. Birləşmiş Ştatların hərbi büdcəsinin 860 milyard dollardan artıq olacağı bildirilir.
NATO-nun statistik rəqəmlərində qeyd olunub ki, ABŞ xaricində digər üzv ölkələrin hərbi büdcələri 404 milyard dollara çatacaq. Müdafiə xərcləri Almaniyada 68 milyard dollar, İngiltərədə 65 milyard dollar, Fransada 56 milyard dollar, İtaliyada 31 milyard dollar, Polşada 29 milyard dollar, Kanadada isə 28 milyard dollar olacaq. Cari ildə Türkiyənin hərbi büdcəsi isə 1,31 faiz artaraq 15,8 milyard dollara çatacaq.
Şimali Atlantika alyansının Baş katibi Yens Stoltenberq bu rəqəmlərin hazırkı şəraitdə məqbul olduğunu bildirib.
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi
- FHN əməkdaşları bu ərazidə fasiləsiz xidmət aparır - Video
- Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar
- 200-dən çox Azərbaycan vətəndaşı Ciddədən Bakıya təxliyə edildi
- Daha bir marşrutun avtobusları yenilənir: gediş haqqı...