100 tələbəyə 3 min manat birdəfəlik təqaüd veriləcək. Təqaüd Azərbaycandakı ali təhsil müəssisələrində əyani formada təhsil alan, yüksək nailiyyətləri olan tələbələr üçün nəzərdə tutulub.
BUTA.TV Xəzər TV-yə istinadən xəbər verir ki, "Xəzər Xəbər"in təqaüdün verilməsi üçün əsas meyyarlar hansılardır, kimlər bu təqüddən yararlana biləcək sualını Elm və Təhsil Nazirliyinin əməkdaşı Samir Həmidov şərh edib.
O, qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyev adına təqaüd" təsis edilib.
100 nəfər tələbə üçün təsis edilmiş "Heydər Əliyev adına təqaüd"ün verilməsi ilə bağlı maliyyələşmə zərurəti yarandıqda, bu barədə təkliflər Nazirlər Kabinetinə təqdim ediləcək.
Samir Həmidov qeyd edib ki, tələbənin qiymətləri yüksək olmalıdır. Bundan əlavə təhsil aldıqları tədris ocaında yüksək fəallıq nümayiş etdirmələri də əsas meyyarlardan biridir. Müvafiq qaydalar hazır olduqdan sonra təqaüdün verilməsinə başlanılacaq.
Qeyd edək ki, təqaüd birdəfəlik veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi
- FHN əməkdaşları bu ərazidə fasiləsiz xidmət aparır - Video
- Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar