Azərbaycanın ərazi bütövlüyü həm də anklavlar deməkdir: iki belə anklav bizim iki beynəlxalq magistral yolumuzun üzərində yerləşir.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, bu fikir erməni iranşünas Arut Arakelyan tərəfindən yerli mətbuata müsahibəsində səslənib.
“Ermənistanın müstəqilliyinin ilk günlərində Kərki ələ keçirildi. Bunun sayəsində bizim Sünik və Qarabağa yolumuz açıldı. Həmin yolla hərbi texnikaların daşınması həyata keçirilib. Bir anlıq təsəvvür etsək ki, Kərki artıq Azərbaycan magistralıdır, o zaman İranın Avropaya yük daşımağa ümid etdiyi marşrutu olmayacaq. İran indi 250 milyard dollarlıq ticarət həcmindən danışır. Bu, orta hesabla bir milyon konteynerdir. Tatev yolu ilə bu hara getməlidir? Mən bunu “media orqazmı” adlandırdım, çünki insanlara baş verənlərə baxmağı tövsiyə edirlər, amma onların gözləri altında başqa bir şey baş verir”, - deyə Arakelyan bildirib.
Erməni ekspertin sözlərinə görə, İran anklavların Azərbaycana verilməsində böyük problem görür. “Bir neçə ay əvvəl Azərbaycanda fəaliyyət göstərən iranlı qrup bir bəyanat verdi. Mən hələ o zaman yazdım ki, bu, Ermənistana xəbərdarlıqdır. İranlıların fikrincə, hüquqi qərarlar olsa belə ərazilərinizin bəzi hissələrini Azərbaycana verməməlisiniz”, - deyə Arakelyan maraqlı məlumat da verib.
Arut Arakelyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İranın Zəngəzur dəhlizinə maneə olması ilə bağlı bəyanatına da toxunub. Onun bildirdiyinə görə, əslində, Ermənistanın bu gün də həmin dəhzlizə “yox” deməyə resursları yoxdur.
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi
- FHN əməkdaşları bu ərazidə fasiləsiz xidmət aparır - Video
- Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar