Azərbaycanda axtarışda olduqları üçün İrana və SEPAH-a sığınan "Hüseyniyyun" qruplaşmasının sosial media kanallarında yazıçı-juralist Həmid Herisçinin AzTV-dən ayrılması müzakirə mövzularından birinə çevrilib.
BUTA.TV xəbər verir ki, qeyd olunan sosial media kanallarında Herisçi pantürkizmə və azərbaycançılığa qulluq edən "tullantı" və "saxtakar" adlandırılıb.
Həmid Herisçinin İran əsilli (Cənubi Azərbaycandan – red.) olduğunu qabardan sosial media kanalları Azərbaycan Demokrat Firqəsinin üzvlərini və sonradan Azərbaycan Respublikasına köçən güneyliləri təhqir edib, onların saxtakar fəaliyyətlərə cəlb edildiklərini, ardınca bir kənara atıldıqlarını yazıb.
"Herisçi bu laqeyd münasibətlərə görə dəfələrlə İrana qayıtmaq istədiyini, Nizami, Xaqani, Füzuli və Şəhriyar kimi əsərlərini farsca yazmaq və İranda yaşamaq istədiyini elan edib", - deyə iddia edilib.
Qeyd edək ki, Həmid Herisçi ötən həftə AzTV ilə yollarını ayırdığını elan etmişdi.
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi
- FHN əməkdaşları bu ərazidə fasiləsiz xidmət aparır - Video
- Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar