Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Rustam Solini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-dən BUTA.TV-a bildirilib ki, nazir Azərbaycan və Tacikistan xalqları və ölkələri arasında mövcud tarixi və mədəni bağlılıqların dərin köklərinin olduğunu, onları çoxəsrlik ənənələrə əsaslanan mehriban dostluq, sıx faydalı əməkdaşlıq və qarşılıqlı fəaliyyət telləri bağladığını bildirib.
Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə gələcək inkişafına, bu əlaqələrin iki dost xalqın maraqları çərçivəsində bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Səfir Soli diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Nazir Ceyhun Bayramov səfir Rustam Soliyə gələcək fəaliyyətində uğurlar arzu edib.
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi
- FHN əməkdaşları bu ərazidə fasiləsiz xidmət aparır - Video
- Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar