Rusiya Prezidenti Vladimir Putinin yerində olsaydım, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə səfər etməkdən çəkinərdim.
BUTA.TV xəbər verir ki, bunu qondarma “dxr”in sabiq “müdafiə naziri” İqor Girkin bildirib.
"Mən Vladimir Vladimiroviçin yerində olsaydım, Ərdoğanın Türkiyədə onunla görüşmək təklifini qəbul etməyə risk etməzdim", - Girkin vurğulayıb.
O, Putinin Türkiyədən Haaqaya göndərilmə ehtimalı olduğunu bildirib.
Qeyd edək ki, 17 mart 2023-cü ildə Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.
Türkiyə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu imzalamayıb və ratifikasiya etməyib. Bu baxımdan İqor Girkinin "narahatlığı" əbəsdir.
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi
- FHN əməkdaşları bu ərazidə fasiləsiz xidmət aparır - Video
- Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar