Suriya və Türkiyə Prezidentləri Bəşər Əsəd və Tayyib Ərdoğan iki ölkə arasında münasibətlərinin normallaşdırılması üçün yol xəritəsi üzərində işlər başa çatdıqdan sonra rusiyalı həmkarı Vladimir Putinin iştirakı ilə görüşə bilərlər.
BUTA.TV xəbər verir ki, bunu Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bəyan edib.
Onun sözlərinə görə, Suriya-Türkiyə münasibətlərinin normallaşması prosesi hər ay inkişaf edir və bu müddətdə yol xəritəsinin aktivləşdirilməsi istiqamətində fəal və intensiv işlər aparılır.
“Müvafiq işlər başa çatdıqdan sonra Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Türkiyə və Suriya dövlət başçıları arasında görüş təşkil etmək üçün prezidentlərə məlumat veriləcək”.
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi
- FHN əməkdaşları bu ərazidə fasiləsiz xidmət aparır - Video
- Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar