Bakıda 37 yaşlı şəxs bibisi oğlunu bıçaqlayıb.
BUTA.TV xəbər verir ki, hadisə iyulun 10-u saat 03 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Rahib Niyyətov onunla birgə yaşayan, 1993-cü il təvəllüdlü Orxan Hümbətova aralarında yaranan mübahisə zəminində bıçaq xəsarəti yetirib.
Daha sonra yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi
- FHN əməkdaşları bu ərazidə fasiləsiz xidmət aparır - Video
- Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar