NATO Tokioda filialının yaradılmasını payıza və ya daha gec vaxta təxirə sala bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Nikkei” mənbələrə istinadən məlumat yayıb.
“Buna səbəb bu ideyaya qarşı çıxan Fransanın mövqeyidir, ona görə də qərar üçün zəruri olan bütün NATO üzvlərinin yekdil razılığı çox çətin görünür. Sabah NATO-nun Vilnüsdə başlayacaq sammitində qərarların qəbul ediləcəyi güman edilirdi. Tokioda ofis açmaq təklifi Stoltenberq tərəfindən irəli sürülüb. Hazırda Tokio ofisinin açılması NATO sammitinin gündəmində daha az prioritet məsələdir. Hərbi blokun ilin sonuna qədər yekun qərar üzərində işləyəcəyi gözlənilir”, - mənbə bildirib.
Qeyd edək ki, NATO və Yaponiya 2007-ci ildən bəri Tokioda alyansın ofisinin açılması imkanını müzakirə edirlər. Yaponiya 2018-ci ildə Brüsseldə alyansda nümayəndəliyini açıb. 2022-ci ildə Yaponiyanın Naş naziri Fumio Kişida NATO sammitində iştirak edən ilk yapon lider oldu.
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi
- FHN əməkdaşları bu ərazidə fasiləsiz xidmət aparır - Video
- Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar