Ölkənin qanuni və yeganə lotereya təşkilatçısı Azərlotereya ASC-nin təşkil etdiyi "4+4” tirajlı lotereyasında 530 359 manatlıq cekpot Saatlı sakini Sakin Hüseynova qismət olub.
BUTA.TV xəbər verir ki, 43 yaşlı Sakin Hüseynov ustadır. Ara-sıra lotereyada bəxtini yoxlayan Sakin bəyə qonaq getdiyi Saatlıda şans üzünə gülüb. “4+4” lotereyasında 530 359 manatlıq cekpotun sahibi olub.
O, böyük həyəcan hissilə cekpotu əldə etmək üçün “Azərlotereya”nın uduşlu biletlərin qəbul edildiyi “Bakı KOB Evi”nə yollanıb. Daha sonra cekpot sahibi “Azərlotereya”nın baş ofisinə gələrək İdarə Heyətinin sədri Osman Karakuşla görüşüb.
Sevincini bölüşən şanslı qalib qazandığı pulla özünə ev və avtomobil alacağını, övladının velosiped arzusunu yerinə yetirəcəyini bildirib.
Təxminən 4 ay öncə 913 072 manatlıq tarixi cekpot da “4+4” tirajlı lotereyasında qazanılmışdı. Növbəti cekpot məbləği isə 250 000 manatdır.
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi
- FHN əməkdaşları bu ərazidə fasiləsiz xidmət aparır - Video
- Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar