Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putindən taxıl müqaviləsi ilə bağlı konstruktiv cavab gözlədiyini bildirib.
BUTA.TV xəbər verir ki, o, bu barədə Vilnüs sammitinə getməzdən əvvəl keçirdiyi brifinqdə deyib.
“Qarşıdakı ayda biz hörmətli Rusiya Prezidenti Vladimir Putinin səfərini gözləyirik. Bu səfərdə biz mütləq bu mövzunu (taxıl sövdələşməsini-red.) müzakirə edəcəyik. Ukrayna əlindən gələni etməyə hazır olduğunu bəyan edir. Hörmətli Putinlə görüşdə fərqli mövqe görəcəyimizi gözləmirəm. Bu günə kimi o, hansı mövqe nümayiş etdiribsə, onu da göstərəcək. Yoldaşlarımız rusiyalı həmkarları ilə mövzunun geniş müzakirəsini davam etdirirlər”, - o bildirib.
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi
- FHN əməkdaşları bu ərazidə fasiləsiz xidmət aparır - Video
- Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar