Vatikanda QMİ-nin nümayəndəliyi açılır?

20:58 - 10 İyul 2023 - GÜNDƏM

 Vatikanda QMİ-nin nümayəndəliyi açılır?

Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəliyinin təsis olunmasını istərdik.

BUTA.TV xəbər verir ki, bu barədə QMİ sədri Allahşükür Paşazadə Bakıda Müqəddəs Taxt-Tacın Dövlət katibi Ali həzrət Kardinal Pyetro Parolin ilə görüşü zamanı bildirib.

“Bu, ənənəvi əlaqələrimizin təşkilati baxımdan daha da möhkəmlənməsi üçün vacibdir”, - o qeyd edib.

Allahşükür Paşazadə vurğulayıb ki, hazırda Dünya dini liderlərinin III Sammitinə hazırlıq işləri görülür.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı ata və oğlu faciəvi şəkildə öldü

"Əminəm ki, dünyanın mühüm dini mərkəzi olan Vatikan bu forumda da ən yüksək səviyyədə təmsil olunacaqdır, inşallah", - o deyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol