Küveyt hökuməti İsveç dilində 100 min Quran-Kərimin çapdan çıxarılması barədə qərar qəbul edib.
BUTA.TV Küveytin rəsmi agentliyi KUNA-ya istinadən xəbər verir ki, ölkənin Nazirlər Kabineti islamın tolerant din olduğunu çatdırmaq məqsədilə həmin 100 min Quran kitabının İsveçdə paylanmasına qərar verib.
Bildirilib ki, müqəddəs kitablar İsveç dilində qısaldılmış formada, əsas məzmunun saxlanılması ilə çapdan çıxarılacaq.
Qeyd edək ki, 28 iyunda İraq əsilli Salvan Momikanın Stokholm məscidi önündə polisin müşayiəti ilə Quran-Kərimi yandırması beynəlxalq ictimaiyyətin kəskin reaksiyasına səbəb olmuşdu.
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi