İran mediası və televiziya kanallarında Azərbaycan Respublikasına qarşı çıxışları ilə tanınan Əliəkbər Rafeipur Səudi Ərəbistanda saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani açıqlama verib.
“Hökumət spikeri Əliəkbər Rafeipur Səudiyyə Ərəbistanına Həcc ziyarəti üçün getsə də, İrana qayıdarkən bizə məlum olmayan səbəblərə görə Ciddə hava limanında çıxış problemi ilə üzləşib”, - XİN sözçüsü bildirib.
Qeyd edək ki, Rafeipur İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan Respublikasına qarşı davamlı çıxışları ilə tanınır. O, İranın Ermənistana hərbi dəstək verməsi, Zəngəzur dəhlizinin açılmaması üçün oraya hərbi qüvvə göndərilməsində israr edən antiazərbaycan siyasətinin əsas media təbliğatçısıdır.
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi