İki nəfəri öldürməyə cəhd edən şəxs həbs olundu

18:10 - 11 İyul 2023 - GÜNDƏM

 İki nəfəri öldürməyə cəhd edən şəxs həbs olundu

Sumqayıtda 2 nəfəri öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə BUTA.TV-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyulun 8-i, saat 22 radələrində Sumqayıt şəhəri ərazisində 1963-cü il təvəllüdlü Vahid və İradə Kərimduxta kəsici alətlə xəsarət yetirilib.

Araşdırma zamanı 1954-cü il təvəllüdlü Rafiq Kərimduxtun aralarında yaranmış mübahisə zamanı Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən şadlıq saraylarının birində qohumları Vahid və onun arvadı İradə Kərimduxta bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı ata və oğlu faciəvi şəkildə öldü

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda istintaq edilən cinayət işi üzrə Rafiq Kərimduxt iyulun 11-də Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (qəsdən 2 şəxsi öldürməyə cəhd etmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol