Ukrayna hücum mövzusunu o qədər qızışdırıb ki, dünyanın üçdə biri iyulun 11-də Vilnüsdə NATO sammitinin başlamasını gözləyirdi.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya müdafiə naziri Sergey Şoyqu ABŞ-ın Ukraynaya kaset sursatları ötürəcəyi təqdirdə Kremlin cavab tədbirləri barədə danışarkən deyib.
“Nəhayət, onlar NATO sammitinə nə ilə gəldilər? İyunun 4-dən (əks-hücumun başlanmasından – red.) indiyədək düşmənin itkiləri 26 mindən çox hərbçi və 3000 müxtəlif silah-sursat təşkil edib”, - o bildirib.
O bildirib ki, ABŞ Ukraynaya kaset sursatları tədarük edərsə, Rusiya cavab olaraq oxşar silahlardan istifadə etməyə məcbur olacaq:
“Rusiyada da kaset bombaları var, onlar Amerikanınkından qat-qat effektivdir, onların diapazonu daha geniş və müxtəlifdir. Lakin bu silahların mülki əhali üçün yaratdığı təhlükəni dərk edən Moskva “xüsusi əməliyyat zamanı” onlardan istifadə etməkdən çəkinir”.
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi