Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyə "Qalatasaray"ı arasında sponsorluq müqaviləsinin maliyyə detalları bəlli olub.
BUTA.TV klubun rəsmi saytına istinadən xəbər verir ki, SOCAR qarşılıqlı əməkdaşlıq çərçivəsində İstanbul təmsilçisinə hər il üçün 5 000 000 avro ödəyəcək.
Bu isə o deməkdir ki, 3 illik sponsorluq sözləşməsinin ümumi dəyəri 15 000 000 avro təşkil edəcək.
Klub vəsaitin hansı istiqamətlərə xərclənəcəyini daha sonra açıqlayacaq.
Qeyd edək ki, "Qalatasaray" 2023-2024-cü il mövsümündə UEFA-nın bayrağı altında təşkil olunacaq bütün rəsmi klub turnirlərində (Çempionlar Liqası, Avropa Liqası ve Konfrans Liqası daxil olmaqla) SOCAR loqosu ilə çıxış edəcək.
SOCAR, həmçinin mediada "Qalatasaray Futbol Komandasının Enerji Sponsoru" ifadəsindən istifadə etmək hüququna da sahib olub.
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi