Bu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin eyni dövrünə nisbətən 11,1 % artaraq 917 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən BUTA.TV-a verilən məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
Bu il iyunun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20,3 min nəfər və yaxud 1,2 % artaraq 1 726,3 min nəfər olub. Onlardan 898,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 827,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,2 %-i təhsil, 18,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 %-i sənaye, 8,3 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 %-i tikinti, 6,5 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,6 %-i peşə, elmi və texniki fəaliyyət, 2,1 %-i maliyyə və sığorta fəaliyyəti, 14,2 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi