Qazaxıstan təyyarəsi Bakıya məcburi eniş etdi

18:44 - 12 İyul 2023 - GÜNDƏM

 Qazaxıstan təyyarəsi Bakıya məcburi eniş etdi

"Air Astana" aviaşirkətinin Şarm-əl-Şeyx-Atırau reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

Bu barədə BUTA.TV-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.

"Airbus A320neo" təyyarəsi yerli vaxtı ilə saat 16:50-də Bakı hava limanında uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı ata və oğlu faciəvi şəkildə öldü

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol