İyulun 12-də saat 22:30 Şamaxı rayon sakini, 1969-cu il təvəllüdlü Kamal Rzayev sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.
DİN-in mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, sürücünün iştirakı ilə avtomobil duracağa yerləşdirilib. Bu zaman sürücü özünü yaxşı hiss etmədiyi üçün Təcili Tibbi Yardım çağırılıb və göstərilən tibbi müdaxilələrə baxmayaraq ölüb.
Şəxsin yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət müşahidə edilməyib.
Araşdırmalar davam etdirilir.
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi