Fransa Prezidenti Emmanuel Makron Tehranın Moskvaya pilotsuz uçuş aparatları çatdırması ilə bağlı xəbərlərə baxmayaraq, İranı NATO-nun düşməni adlandırmaqdan imtina edib.
BUTA.TV xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Alyansın məqsədi hər həftə kimisə düşmən elan etmək deyil, müttəfiqlərin maraqları və ya təhlükəsizliyi təhdid edildiyi zaman lazım olan yerdə təzyiq göstərməkdir”, - prezident qeyd edib.
Makron həmçinin bildirib ki, Ukrayna lideri Vladimir Zelenskinin Qərbdən dəstək tələb etmək hüququ var, o cümlədən ölkənin NATO-ya qəbulu məsələsində. Onun sözlərinə görə, yaxın və uzunmüddətli perspektivdə Kiyevə dəstək vermək Qərb ölkələrinin üzərinə düşür.
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi