Finlandiyanın xarici işlər naziri Elina Valtonen Türkiyənin xarici işlər naziri Hakan Fidana maliyyə nazirinin sözlərinə görə üzrxahlığını çatdırıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Yle” nəşri məlumat yayıb.
“NATO sammiti zamanı və keçən həftə Brüsseldə səmərəli danışıqlara görə Hakan Fidana təşəkkür etdim. Bir neçə il əvvəl yeni hökumətimizin bir üzvünün dediyi yersiz sözlərə görə ölkəmizin üzrxahlığını da çatdırdım. Onlar bizim dəyərlərimizi əks etdirmir və heç vaxt da əks etdirməyəcək. Finlandiya Türkiyə ilə ikitərəfli əsasda və müttəfiq kimi əlaqələri yüksək qiymətləndirir”, - o bildirib.
Qeyd edək ki, Əsl Finlər Partiyasından olan maliyyə naziri Rikka Purra Finlandiya parlamentinin hazırkı sədri Yussi Halla-Ahonun qonaqlar kitabında “türk meymunları” haqqında yazıb.
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi