Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi informasiya vasitələri nazirinin müavini Maksim Parşin rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
"Rəqəmsal inkişaf, rabitə və kütləvi informasiya vasitələri nazirinin müavini Maksim Parşin Rusiya İstintaq Komitəsinin istintaq orqanları tərəfindən saxlanılıb. O, korrupsiya cinayəti törətməkdə şübhəli bilinir", - Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
Müstəntiqlər Moskvanın Basmannı məhkəməsindən Parşini istintaq təcridxanasına göndərməyi xahiş edirlər.
"Məhkəmə istintaqdan həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət alıb. Ona ittiham elan edilib", - məhkəmənin nümayəndəsi bildirib.
Qeyd edək ki, 2018-ci il avqustun 16-da Baş nazir Dmitri Medvedev Parşini Rusiyanın rəqəmsal inkişaf nazirinin müavini təyin edib.
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi