Salyan rayonu ərazisində Kür çayında suyun səviyyəsi minimum həddən aşağı düşdüyündən əksər nasosların fəaliyyəti dayanıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu ərazidə suyun səviyyəsi son bir həftədə 1 metrdən çox aşağı düşüb. Suyun azalması dayanıqlı və üzən su nasoslarının işləməsində ciddi çətinliklər yaradıb. Dayanıqlı su nasoslarının əksər boruları suyun səthindən yuxarıda qalıb. Üzən su nasoslarının məhsuldarlığı isə xeyli aşağı düşüb.
Fermerlərin sözlərinə görə, su qıtlığı yarandığından pambıq, yonca və digər sahələrinin suvarılmasında çətinliklər yaranıb.
Mütəxəssislərin fikrincə, qısa müddətdə Mingəçevir su anbarından Kür çayına buraxılan su artırılmaqla çayda suyun səviyyəsi tənzimlənməlidir. Əgər bu, öz həllini tapmazsa, Kür çayının aşağı axınında vəziyyət kritik həddə çata bilər.
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi