Paşinyanın Ermənistanda hakimiyyətdə olduğu illər ərazilərin və müttəfiqlərin itirilməsi ilə yadda qalıb.
BUTA.TV xəbər verir ki, bunu bunu Ermənistanın keçmiş baş naziri, “Azadlıq” partiyasının lideri Qrant Baqratyan deyib.
“Siyasi nöqteyi-nəzərdən Ermənistan yalnız itkilər verdi: biz əraziləri itirdik, Rusiya və Belarusla mübahisə etdik, yeni müttəfiqlər tapmadıq. Üstəlik, bizim mövqelərimiz əksinə, hətta zəiflədi. Moskvanın simasında müttəfiqin itirilməsi, Rusiyanın vasitəçi kimi tanınmaması ona gətirib çıxardı ki, Qərb İrəvana diktə etməyə başladı. Təbii ki, bu diktələr Qərbin vasitəçilik səylərinin asanlaşdırılması üçün Ermənistanı güzəştlərə sövq etməklə nəticələndi. Paşinyanın da Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasına məhz bu kontekstdən yanaşmaq lazımdır”, - o bildirib.
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi