Ukrayna Kremlin planlarından xəbərdardır, çünki kəşfiyyatımızın Rusiya Prezidenti Vladimir Putinə yaxın mənbələri var.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyi yanında Kəşfiyyat Baş İdarəsinin rəisi Kirill Budanov deyib.
“Bizim mənbələrimiz var. Belə desək, kabinetə ən yaxın olanlardan. Ona görə də biz adətən nə baş verdiyini bilirik”, - Budanov bildirib.
O qeyd edib ki, Ukrayna kəşfiyyatı Rusiya Daxili İşlər Nazirliyinin sorğusunu ələ keçirib və nəticədə “Vaqner”in təsisçisi Yevgeni Priqojinin ölkə daxilində dəstəyi olduğunu öyrənib:
“Ukrayna 2014-cü ildən, Moskvanın Ukraynanın Krım yarımadasını ələ keçirməsindən sonra nəticə çıxarıb. Biz 2014-cü ildə informasiya müharibəsini tamamilə uduzduq. Və 2022-ci il müharibəsində hər şeyə tamamilə fərqli şəkildə yanaşdıq. İndi isə ruslar informasiya savaşında uduzurlar”.
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi