Neft kəmərlərinin yaxınlığında yanğın - Foto

18:44 - 14 İyul 2023 - GÜNDƏM

 Neft kəmərlərinin yaxınlığında yanğın - Foto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Pəhləvan Fərzəliyev küçəsində neft kəmərlərinin ətrafındakı quru ot və kol-kosdan ibarət sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

BUTA.TV xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdan keçən neft kəmərlərinə və elektrik naqillərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yol kənarında 250m² sahədə quru ot və kol-kos yanıb.

Bu xəbər hal-hazırda çox oxunur
Ölkəmizdə bu qadınlar daha yüksək maaş alır

Yaxınlıqdan keçən neft kəmərləri və elektrik xətləri yanğından mühafizə olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol